Tolik anasından niyə inciyibmiş? - "Onu itlə dəyişdirdim"

Tolik anasından niyə inciyibmiş? - "Onu itlə dəyişdirdim"
MAQAZİN
15:14 18.10.2016
2455

 

Prodüser Tolik anasının doğum günündə kövrəlib.

Prodüser anasının fotosunu paylaşıb və onu belə təbrik edib:
"Bu gün anamın ad günüdür. Övladlar valideynlərinə nə arzulayırsa, mən də anama uzun ömür, cansağlığı arzulayıram. Onların nəfəsi gəlirsə, xoşbəxtlikdir. Sizə yalan deməyim, hərdən anamdan inciyirəm. Çünki Bakıya gələndə xoşlamadığım insanlarla danışmağını istəmirəm. Bəzi qohumlarımızla. Amma anam mənim həyatımdır. Almaniyada yaşayandan onun ürəyi iki hissəyə bölünüb. Biri yanındadır, bacım, biri də mən. Mən də onlar üçün yaşayıram. Uşaqlıqda nə istəmişəm, anam mənə edib. İlk mobil telefon çıxanda anam mənə kreditlə aldı. Onu da itlə dəyişdirdim. Ana səni çox istəyirəm".

///publika.az

 

OXŞAR XƏBƏRLƏR