Tolik: "Atam dedi arzum budur ki, gələn il bu vaxtı qucağımda nəvəm olsun" - FOTOLAR

Tolik: "Atam dedi arzum budur ki, gələn il bu vaxtı qucağımda nəvəm olsun" - FOTOLAR
MAQAZİN
15:45 07.06.2017
7650
Prodüser Tarix Əliyev (Tolik) ad gününü dostları ilə qeyd edib. 
 
AZXEBER.COM xəbər verir ki, prodüserin xoş günündə onu yaxınları və sənət yoldaşları tək qoymayıb.
 
Tolik ona gələn təbriklərdən danışıb: "İlk təbrik edən anam, bacım və Aygün Kazımova oldu. Belə baxanda Röya iki gün qabaq təbrik edib. Çoxlu təbriklər oldu. Atam ad günümü təbrik edəndə dedi ki, arzum budur ki, gələn il bu vaxtı qucağımda nəvəm olsun. Mən bunu yalandan edə bilmərəm. Bu alın yazısıdır. Qismətimdə varsa yaşayacam, olmasa yaşamayacam. Özümü cilovlayıb hələ hə deyə bilmirəm.”
 
Tolik qız atası olmaq istədiyini də qeyd edib. "İstəyirəm qızım olsun, olsa adını Ruhi qoyacam. Ruhi mənim çox yaxın dostumdur. Bəlkə mən sırf bir onun sözü ilə hansısa müğənnin üstündən xətt çəkə bilərəm.”
 
Tamaşaçılar qarşısına aparıcı kimi çıxan Tolik, bəzi məşhurların onun verlişinə gəlməkdən qorxduğunu bildirib: "Bəzi aparıcılar deyir ki, hərə öz işi ilə məşqul olsa yaxşıdır. Mən də xəbərlər verilişi aparmıram ki. Qonaqların çoxu verilişimə gəlməyə qorxurlar. İstəyirəm veriliş canlı olsun. Kanaldan mənə təklif gəldi ki, 5 günlük canlı efir olsun. Amma onu çatdıra bilmərəm.”
 
Tolikin doğum günündən fotoları təqdim edirik. Fotoların müəllifi fotoqraf Tünzalə Ağayevadır:
 
Nazim Qasımzadə,
AZXEBER.COM

 

 

 

 

 



OXŞAR XƏBƏRLƏR