Prodüser Tarix Əliyev hər kəsdən gizlədiyi sirrini ilk dəfə APA TV-yə açıqladı.
Həyatda yaşadığı çətinliklər onu zaman-zaman pis vəziyyətdə qoyub: "Mən ofisiant işləyirdim, maşın yumuşam, liftdə yatmışam. Günüm olub ki, ayaqqabımın altı deşik olub, "korobka”nı kəsmişəm, "kulyonka”nı kəsib qoymuşam, ayaqqabımı da yavaş qaldırmışam ki, görünməsin. Amma bu gün evimdə 30-40 cür ayaqqabı var”.
İmkansızlıq Tarix Əliyevi ağlasığmaz addım atmağa vadar edib: "Mənim əziyyətli günlərim olub. Uşaqlıqda anam mənim üçün dolma aparırdı məktəbə. Vaxt olub şıltaqlığımdanmı deyim, əsəbimdənmi deyim, damarımı da kəsmişəm. Bir telefona görə əlimi kəsmişəm. Ailə qurmaq istəmişdim, ona görə əlimi kəsmişdim. Həyat məni məcbur edib buna. İndiki ağlım olsa idi, bunu eləməzdim”.
Tarix Əliyev həyatda çox çətinlik gördüyündən, ehtiyac içində yaşadığından bu gün hər kəsə əl tutur. Hamı onu xeyriyyəçi kimi tanıyır. O, imkanı olmasa belə, ehtiyacı olanlara vəzifəli dostları vasitəsilə yardım edir: "2 bacı var idi, skoliozdan əziyyət çəkirdi. Heydər Əliyev Sarayında konsert təşkil etdik. 5000 AZN çatmırdı. Vəzifəli bir şəxsin oğluna zəng elədim, bir zənglə pulu göndərdi. Hətta nazir oğluna zəng edib 8000 AZN istəmişəm başqa bir tədbir üçün. Amma bizdə deyirlər ki, nazirlərin balaları pisdirlər. Onların içərisində ola bilər bir-ikisi qudurğan olsun. İnsanlarda dövlət adamlarına qarşı qıcıq var. Amma sizin də atanız dövlət adamı olsa, siz də eyni həyatı yaşayacaqsınız, mən də. Atam nazir olsa, mən 100 minlik maşında yox, 300 minlik maşında gəzəcəyəm. Bu, həyatın qanunudur”.