Azərbaycanın məşhur prodüseri Tolik "Eurovision" təmsilçilərimizlə Türkiyənin Bodrum istirahət mərkəzinə yola düşüb. ANS PRESS-in məlumatına görə, Tolik "Facebook" sosial şəbəkəsindəki səhifəsində "Bodruma çatdıq" yazaraq "Eurovision 2012" təmsilçimiz Səbinə Babayeva və "Eurovision 2010" təmsilçimiz Səfurə Əlizadə ilə birlikdə çəkdirdiyi fotonu yerləşdirib. Şou-biznes nümayəndələrimizin Bodruma hansı məqsədlə getdiyi məlum deyil. Müğənnilərimizin hansısa bir tədbirə dəvət aldıqları da istisna edilmir. Qeyd edək ki, Tolik xalq artisti Aygün Kazımovanın prodüseri olsa da, Səfurə Əlizadə ilə də əməkdaşlıq etdiyini gizli saxlamır.