Tolik "tik-tok"dan bir həftəyə 7500 dollar qazandı

Tolik "tik-tok"dan bir həftəyə 7500 dollar qazandı
SİYASƏT
14:04 07.01.2022
3621
Tanınmış prodüser və teleaparıcı Tarix Əliyev (Tolik) tik-tok sosial şəbəkəsindən qazandığı pulun məbləğini açıqlayıb.
 
Tolik AZXEBER.COM-un canlı yayımında olarkən bildirib ki, ötən həftə "tik-tok"dan 7500 dollar qazanıb: "Ötən həftə həftəlik sıralamada birinci yer oldum və 7500 dollar qazandım. Mənə hədiyyə atan hər kəsə təşəkkür edirəm".
 
Tolik bildirib ki, bu pulu xeyriyyə məqsədi ilə istifadə edəcək: "Bu pulun 7500 manatını xeyriyyə məqsədiylə istifadə edəcəm. Bakının müxtəlif rayonlarında yolları təmizləyən xanımlara yardım edəcəm. İstəyirəm ki, 500-ə yaxın süpürgəçiyə dəstək olum".
 
Qeyd edək ki, ötən həftə ölkə üzrə sıralamada birinci yer olan prodüserə 1,5 milyon jeton hədiyyə gəlib. 
 
Mikayıl
OXŞAR XƏBƏRLƏR