Tarix Əliyev sevənlərinə şad xəbər verib.
AZXEBER.COM xəbər verir ki, aparıcı tezliklə "youtube" layihəsi ilə geri dönəcəyini açıqlayıb.
"Bir zamanlar efirə çıxan müğənniləri tənqid edənlər, bu gün özləri hər gün verilişlərdədirlər. Amma çox maraqsız efirlər təqdim olunur. Darıxmayın, tezliklə mənim "Səmimi" yutub layihəm yenə də yayımlanacaq" - deyə, o izləyicilərinə bildirib.
Xatırladaq ki, Tarix Əliyev uzun zaman "Səmimi" yutub layihəsini izləyicilərə təqdim edib. O bir müddətdir müsahibələrinə ara vermişdi.
Aysel










































