Tolikdən Sərxana: "Səni kim toya çağırır ki..." - VİDEO

Tolikdən Sərxana: "Səni kim toya çağırır ki..." - VİDEO
MAQAZİN
13:53 11.03.2025
267
Aparıcı prodüser Tarix Əliyev sosial media hesabından müğənni Sərxan Kərəmoğlunun ünvanınsa sərt ittihamlar səsləndirib.
 
AZXEBER.COM xəbər verir ki, buna səbəb Sərxanın "Azərbaycanda ən çox toylara dəvət alan müğənni Aygün Kazımovadır" deməsi olub.
 
Aparıcı, Sərxanın toylara dəvət almadığını və bu haqda fikir bildirməyə ixtiyarının olmadığını deyib:
 
"Orada 30 günün 25-ni toyu olan Rüfət Axundov oturan zaman Sərxanın belə bir suala cavab verməsi nə deməkdir? Sən Sərxan, özün güya Azərbaycanda neçə toya gedirsən? Dost-tanış dəvət etsə, bir-iki xınada gedib oxuyursan, bu qədər. Rusiyada yaşadığın üçün, məcbur orada çağırırlar səni. Aygün xanımın ən çox toylara gedən müğənni olduğunu mən də bilirəm, hamı bilir. Amma sən toy təşkilatçısı deyilsən ki, durub bu suala cavab verəsən. Nə vaxtsa dostlarımızın toyunda nəsə etmisən, o da "it ilində" olub.
 
Yalandan şirinlik edirsən ki, saytlar səndən yazsınlar. Sən Azərbaycanda toy sahəsində yoxsan! Aygün xanım olan yerdə ümumiyyətlə yoxsan. Sən orda deməli idin ki, mən Azərbaycanda toylara çağırılmıram, ona görə buna cavab deyə bilmərəm. Burnuvu hər yerə soxursan, mən də sənə belə şillə kimi cavab verirəm. İndi sən Sərxan da mənə cavab ver".
 
Aysel


OXŞAR XƏBƏRLƏR