Prodüser Tarix Əliyev (Tolik) Dağıstanın "əməkdar mədəniyyət işçisi" fəxri adına layiq görülüb.
AZXEBER.COM-un məlumatına görə, axşam.az-a açıqlam verən Tolik sevincini bölüşüb:
“Bu ada məni Dağıstanın prezidenti Ramazan Abdulatipov layiq görüb. Yeganə insanam ki, o ölkədə gördüyüm işləri heç vaxt reklam etməmişəm. Sevinirəm ki, zəhmətimi qiymətləndirdilər. Bir ölkənin prezidentinin sənin işini mükafatlandırması sevindiricidir. Fevralın sonunda Dağıstana gedib, rəsmi tədbirdə iştirak edəcəm. İnanıram ki, bir gün Azərbaycanda da fəxri ada layiq görüləcəm”.