"Mənə hər zaman müəllimim Ramiz Əzizbəyli dəstək olub"
Bu sözləri prodüser Nurlan Süleymanov AZXEBER.COM-a açıqlamasında deyib.
O, gündəmdə olan prodüserlərin işlərindən danışaraq kimin fəaliyyətini bəyəndiyini deyib: "Prodüser kimi Anar Mədətov, prodüser Yalçın və Tolikin işlərini bəyənirəm. Onlarla işləyən müğənnilər daim bir addım öndə olurlar".
Prodüser ona işlərində daim dəstək olan müəllimindən də danışıb: "Mənə hər zaman müəllimim Ramiz Əzizbəyli dəstək olub".