Tomas Tuxel "Bavariya"nın baş məşqçisi ola bilər

İDMAN
19:09 19.09.2022
411
Almaniyanın "Bavariya" klubu baş məşqçi Yulian Nagelsmanla yollarını ayıra bilər.

Münhen təmsilçisinin rəhbərliyi hazırda 35 yaşlı mütəxəssisi istefaya göndərmək variantını nəzərdən keçirir.

Ölkə çempionu Nagelsmanın yerinə namizəd də tapıb. Bu, İngiltərənin "Çelsi" klubu ilə yollarını ayıran Tomas Tuxeldir.

Qeyd edək ki, "Bavariya" Bundesliqada 7 turdan sonra 12 xalla 5-ci pillədə qərarlaşıb. Komanda son 4 turda 3 heç-heçə edib və 1 məğlubiyyət alıb.
OXŞAR XƏBƏRLƏR