Tomas Tuxel İngiltərə millisinin tarixinə düşüb

Tomas Tuxel İngiltərə millisinin tarixinə düşüb
İDMAN
18:49 10.09.2025
209
Almaniyalı baş məşqçi Tomas Tuxel İngiltərə millisinin tarixinə düşüb.

52 yaşlı mütəxəssis buna yığmanın ilk beş rəsmi matçda qol buraxmadan qalib gəlməsi ilə nail olub. 

İndiyədək komandada heç bir mütəxəssis bunu bacarmayıb.

Tuxel cari ilin yanvarından İngiltərənin baş məşqçisidir. Milli onun rəhbərliyi altında dünya çempionatının seçmə mərhələsində Albaniya, Latviya, Serbiya və iki dəfə Andorraya qalib gəlib. Bu görüşlərdə 13 qol vuran kollektiv qapısında top görməyib. 

Qeyd edək ki, İngiltərə yığması iyunun 10-da yoxlama görüşündə Seneqala uduzub - 1:3.
 
\report
OXŞAR XƏBƏRLƏR