Polis avtomobildə apardığı axtarış zamanı tomat pastası qutularına gizlədilmiş 14 tapança, müxtəlif sayda güllə və başqa qanunsuz materiallar ələ keçirilib.
AZXEBER.COM Türkiyə mediasına istinadən xəbər verir ki, hadisə Türkiyənin Diyarbekir bölgəsində baş verib.
Belə ki, Polisə ətraf əyalətlərdən şəhərə çoxlu sayda silah-sursatın qeyri-qanuni yolla gətiriləcəyi barədə məlumat daxil olub.
Polis şəhərin girişlərində ehtiyat tədbirləri görüb, müəyyən edilmiş icra məntəqələrində şübhəli hesab edilən avtomobilləri saxlayıb və axtarışa verib.
Saxlanılan avtomobillərdən birində ailə kimi davranan insanların hərəkətlərindən şübhələnən polis, axtarış edib.
Axtarış zamanı tomat pastası qutularından 14 ədəd sənədsiz tüfəng, 65 ədəd magaz, 40 ədəd yiv və dəst ilə lülə, 40 ədəd patron kamerası, 80 ədəd tapança sancaqları və 100 ədəd güllə götürülüb.
Avtomobildə olanlar şübhəli qismində saxlanılıb.
Şübhəlilərin polis bölməsində əməliyyatları davam edir.
Oksana