Topaloğlu ilə Özcan Deniz arasında gərginlik : "Yaxşılıq bilməyən namərd"

Topaloğlu ilə Özcan Deniz arasında gərginlik : "Yaxşılıq bilməyən namərd"
MAQAZİN
11:02 29.05.2025
263
Türkiyəli müğənni Mustafa Topaloğlu ötən il qalmaqal yaşadığı Özcan Dənizi yenidən vəfasızlıqda ittiham edib.

AZXEBER.COM Türkiyə mətbuatına istinadən xəbər verir ki, buna səbəb Topaloğlunun özü kimi müğənni olan oğlunun Özcan Denizin mahnısını oxumaq istəməsi, Denizin isə buna icazə verməməsi olub.

Topaloğlu canlı yayım açaraq Denizin ünvanına sərt ifadələr işlədib:
 
''Özcan Dəniz oğlum Çağlayana mahnısını vermədi. O, yaxşılıq bilməyən namərd adamdır. Belə insanlara nifrət edirəm. Bir zamanlar Özcan Deniz və Mahsun Kırmızıgül üçün həyatımızı təhlükəyə atmışıq. O vaxtlar bu nöqtəyə gəlmək heç də asan deyildi. Heç kim arxa planı bilmir. Mən başqa cür mübarizə aparırdım. Mən kimdənsə nəsə gözləyib iş görən adam deyiləm. Həyat yoldaşına, dostlarına sadiq ola bilər, amma Çağlayana səhv etdi. Özcan Dənizi dostluqdan silməmişəm, xətrini hələ də istəyirəm".
 
Aysel
OXŞAR XƏBƏRLƏR