"Topaz"dan pul oğurlamaq istəyən şəxslər həbs edildi

"Topaz"dan pul oğurlamaq istəyən şəxslər həbs edildi
SOSİAL
13:33 06.12.2017
900

Bakıda "Topaz” mərc oyunları məntəqəsindən oğurluğa cəhd olub.

Bu barədə DİN-in mətbuat xidmətindən məlumat verilib.

Məlumata görə, Nizami Rayon Polis İdarəsinin 25-ci Polis Bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində noyabrın 30-da rayon ərazisindəki "Topaz” mərc oyunları məntəqələrinin birindən oğurluğa cəhd göstərən, habelə cari ilin iyun-noyabr ayları ərzində 4 mağazadan pul, danışıq kartları, tütün məmulatı və məişət əşyaları oğurlamaqda şübhəli bilinən Lerik və Yevlax rayon sakinləri olan 2 yeniyetmə saxlanılıb.

OXŞAR XƏBƏRLƏR