'Topaz'ı 'bankrot' edən azərbaycanlı kişi 'pula pul demir' - YENƏ UDDU

İDMAN
23:29 08.12.2012
17319
Bir neçə ay əvvəl 250 min manat qazanmaqla “Topaz”dan maksimum uduş əldə edən Qasım Qasımov kontoru növbəti dəfə “ziyana salıb”.AZXEBER.COM-a daxil olan məlumata görə, artıq tanışları arasında “proqnozun atası” ləqəbini qazanmış Qasım bu dəfə mərc oyunundan 60 min manat qazanıb.Q. Qasımov bu məbləği 200 manat yatırımla əldə edib. İxtisasca mühasib olan proqnozçunun “Topaz”dan qazandığı pullarla özünə və yaxın qohumuna xarici markalı avtomobil aldığı da bildirilir.Qeyd edək ki, Qasım Qasımov iyul ayında 1 manat pul qoyuluşu etməklə 250 min manat qazanaraq “Topaz”ın tarixinə düşmüşdü.Ceyhun

OXŞAR XƏBƏRLƏR