“Topçu Vüsal” qəzaya düşdü – FOTO

“Topçu Vüsal” qəzaya düşdü – FOTO
SOSİAL
12:57 13.02.2022
605
Vətən müharibəsində "Topçu Vüsal” kimi tanınan qəhrəman əsgərimiz Vüsal Şahkərimov qəzaya düşüb.

AZXEBER.COM "Unikal”a istinadən xəbər verir ki, hadisə Xaçmaz rayonunda baş verib. Belə ki, V.Şahkərimov idarə etdiyi "VAZ-2107” markalı avtomobili ilə hərəkətdə olarkən digər nəqliyyat vasitəsi onun maşınını sağ tərəfindən vurub. Qəza  nəticəsində xoşbəxtlikdən Vüsal Şahkərimov ciddi xəsarət almayıb.

O, "Unikal”a açıqlamasında məlumatı təsdiqləyib:

"Hadisə iki gün öncə baş verib. Təqsirkar digər avtomobilin sürücüsüdür. Mənim maşınımı sağ tərəfdən vurub. Şükür Allaha, indi hər şey yaxşıdır”.
 

 


OXŞAR XƏBƏRLƏR