Dünən "həri"si verilən "Toppuş bacı"nın, daha doğrusu Tünzalə Əliyevanın toy tarixi bəllli olub. Əməkdar artist ANS PRSS-ə açıqlamasında, toyun yayın ilk aylarında olacağını dedi: "Günü dəqiqləşdirməmişik, amma oğlan toyu iyunda olacaq." Tünzalə xanım gələcək həyat yoldaşı haqqında məlumat verməkdən boyun qaçırdı: "Nə yaşını, nə adını demək istəmirəm. Bircə onu deyə bilərəm ki, bir azərbaycanlı oğuludur. Sənət aləmindən deyil. Tamam başqa sahənin adamıdır. AZXEBER.COM cütlüyün Facebook sosial şəbəkəsində yayımlanan fotolarını təqdim edir: