“Toppuş bacı” yenidən xəstəxanaya yerləşdirildi

“Toppuş bacı” yenidən xəstəxanaya yerləşdirildi
SOSİAL
12:31 20.08.2018
5309
Xəbər verdiyimiz kimi, əməkdar artist Tünzalə Əliyeva xərçəngdən əziyyət çəkdiyi üçün əməliyyat olunmuşdu.

Əməliyyatdan bir neçə gün sonra evə buraxılan aktrisanın səhhəti yenidən pisləşib.

Aktrisa bildirib ki, yenidən bədxassəli şiş aşkarlanıb və hazırda xəstəxanadadır:

"Uşaqlıq yolunda bədxassəli şiş kəsildikdən sonra yenidən analiz vermişdim. 38 limfa vəzindən nümunələr götürülüb əkildi. Limfadan 37-si yaxşı çıxdı. Amma birində yenidən şiş aşkarlandı. Özü də bədxassəlidir. Bu gün xəstəxanaya yerləşdirildim. Əvvəl həkim deyirdi ki, ancaq şüa alacam. İndi məcburən kimyaterapiyaya da başladıq. 6 kimyaterapiya, 25 şüa qəbul edəcəm".
 
///axşam.az
OXŞAR XƏBƏRLƏR