Torpaq alarkən bu səhvi etməyin

Torpaq alarkən bu səhvi etməyin
SOSİAL
21:12 26.01.2026
753
Torpaq çox gözəl investisiyadır, amma onun satış müddətində düzgün qiymətləndirmə vacibdir. Bəzən elə torpaq alınır ki, onu uzun müddət istənilən qiymətə satmaq olmur. Hətta alıcı tapılmayan torpaqlar da olur.

Torpaq almaq və sonra satmaq istəyən hər kəs bəzi vacib məqamlara diqqət etməlidir.

Qeyd olunur ki, torpaq alarkən ölçü, yerləşdiyi ərazi və infrastruktur imkanlarına diqqət yetirmək lazımdır.  "Aldım, sonra satacam" prinsipi ilə hərəkət etmək risklidir. Bazarda bəzi ərazilərin qiyməti nisbətən yavaş qalxır, bəziləri isə daha sürətlə bahalaşır.

"Torpağı beş ildən sonra qiyməti 1,2 dəfə qalxan yerlər də var, amma elə ərazilər var ki, qiymət üç dəfə bahalaşa bilər. Ona görə də satınalmadan əvvəl bazarı analiz etmək, mütəxəssislərlə məsləhətləşmək önəmlidir. Eyni zamanda, torpaq ev kimi sürətlə satılan əmlak deyil, likvidliyi heç vaxt unutmamaq lazımdır", - deyə ekspertlər bildirir.
 
/Milli.az
OXŞAR XƏBƏRLƏR