Torpaq almaq istəyənlər üçün VACİB AÇIQLAMA

Torpaq almaq istəyənlər üçün VACİB AÇIQLAMA
SOSİAL
22:55 18.05.2023
605
 "Torpaq Məcəlləsinə edilən dəyişikliyin torpaq sahələrinin qiymətlərinə necə təsir edəcəyi bəlli deyil, lakin qiymətin ucuzlaşacağını gözləmək doğru deyil”.

Bunu Trend-ə əmlak məsələləri üzrə ekspert Ramil Osmanov deyib.

O qeyd edib ki, hələ ki, bu qərarın icrası ilə bağlı proses tam aydın deyil.

"Çünki qərarın icrası zaman müəyyən olunmuş dəyişikliklərin necə həyata keçiriləcəyi, yerli icra orqanlarının, bələdiyyələrin bu məsələyə yanaşmasının necə olacacağını bilmirik.

Qəbul olunan qərar təqdirəlayiqdir, amma yerli icra orqanlarının prosesə nə dərəcədə əməl edəcəkləri, yeni mexanizmin necə olacağı önəmlidir. Bunları hələ bilmədiyimiz üçün torpaq qiymətlərinə hansı təsir göstərəcəyini demək çətindir.

Ancaq qiymətlərin azalmasını gözləmək yanlışlıq olar. Çünki ölkədə müxtəlif istiqamətlərdə inkişaf getdikcə qiymət artımı müşahidə olunur, o cümlədən torpaq sahələrinin qiymətində. Bu mənada bundan sonra qəbul edilən qərarların torpaq sahələrinin qiymətinə müsbət təsir edəcəyini düşünmək doğru yanaşma olmaz”, - deyə ekspert əlavə edib.

Qeyd edək ki, Torpaq Məcəlləsinə edilən dəyişikliyə əsasən, yay və qış otlaqları xırdabuynuzlu heyvandarlıq təsərrüfatlarının ehtiyacları nəzərə alınmaqla, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) qərarı ilə inzibati-ərazi vahidləri arasında bölüşdürülür.
Yay və qış otlaqları müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya sistemi (bundan sonra – informasiya sistemi) vasitəsilə "Torpaq icarəsi haqqında” Azərbaycan Respublikası Qanununun 10-1-ci maddəsində müəyyən edilmiş qaydada müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) qərarı ilə dövlət və bələdiyyə mülkiyyətində olan xırdabuynuzlu heyvandarlıq təsərrüfat sahibi hüquqi şəxslərə istifadəyə, digər heyvandarlıq təsərrüfatı sahibi fiziki və hüquqi şəxslərə isə yalnız icarəyə verilir.

Dövlət mülkiyyətində olan örüş və biçənək sahələri müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) qərarı ilə informasiya sistemi vasitəsilə heyvandarlıq təsərrüfatı sahibi və ya belə təsərrüfat qurmaq istəyən fiziki və hüquqi şəxslərə icarəyə verilir.

Bələdiyyələrin mülkiyyətində olan yaşayış məntəqələrinin yaxınlığında ümumi örüş sahələri ödənişsiz və müddətsiz olaraq məntəqə əhalisinin heyvanlarının yemlənməsi üçün istifadə olunur.

Bələdiyyələrin ehtiyat torpaq fondunda olan digər örüş və biçənək sahələri açıq torpaq hərracları və ya müsabiqələri vasitəsilə heyvandarlıq təsərrüfatı sahibi olan və ya belə təsərrüfat qurmaq istəyən hüquqi və fiziki şəxslərin icarəsinə verilir və bu barədə məlumat informasiya sisteminə daxil edilir.
OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Ərdoğan həbs edilən Haluk Levent haqda danışdı: "Bu, tərbiyəsiz şəxslərin..."
15:46 28.07.2026
Ərdoğan həbs edilən Haluk Levent haqda danışdı: "Bu, tərbiyəsiz şəxslərin..."
Azərbaycanda bu şəxslərin maaşı artırılacaq
15:40 28.07.2026
Azərbaycanda bu şəxslərin maaşı artırılacaq
Unibank jurnalistlər üçün təlim təşkil etdi - FOTOLAR
15:37 28.07.2026
Unibank jurnalistlər üçün təlim təşkil etdi - FOTOLAR
Prezidentin yeni təyin etdiyi səfirlər kimlərdir? - Dosye
15:31 28.07.2026
Prezidentin yeni təyin etdiyi səfirlər kimlərdir? - Dosye
Motosiklet sürücülərinə xəbərdarlıq - Bunları bilməlisiniz
15:24 28.07.2026
Motosiklet sürücülərinə xəbərdarlıq - Bunları bilməlisiniz
Rəşad Məmmədov etimadnaməsini Şavkat Mirziyoyevə təqdim etdi
15:17 28.07.2026
Rəşad Məmmədov etimadnaməsini Şavkat Mirziyoyevə təqdim etdi
"İranın "Səhər" telekanalı ilə əməkdaşlıq edənlər məsuliyyətə cəlb edilməlidir" - Azər Həsrət
15:13 28.07.2026
"İranın "Səhər" telekanalı ilə əməkdaşlıq edənlər məsuliyyətə cəlb edilməlidir" - Azər Həsrət
Nigeriyada vəba epidemiyası: 14 nəfər öldü
14:38 28.07.2026
Nigeriyada vəba epidemiyası: 14 nəfər öldü
Müəllimini güllələyən şagirdin atasına hökm oxundu
14:35 28.07.2026
Müəllimini güllələyən şagirdin atasına hökm oxundu
Bakıdakı bu bina görənləri şoka salır - kimin olduğu bilinmir - FAKTLAR
14:31 28.07.2026
Bakıdakı bu bina görənləri şoka salır - kimin olduğu bilinmir - FAKTLAR
Azercell və ADA Universiteti tələbələr üçün AI4Real Bootcamp proqramına start verir
14:18 28.07.2026
Azercell və ADA Universiteti tələbələr üçün AI4Real Bootcamp proqramına start verir
Azərbaycanın Qazaxıstandakı səfiri vəzifəsindən geri çağırıldı
14:12 28.07.2026
Azərbaycanın Qazaxıstandakı səfiri vəzifəsindən geri çağırıldı
Azərbaycanın Hindistandakı səfiri vəzifəsindən geri çağırıldı - İtaliyada səfir təyin edildi
14:10 28.07.2026
Azərbaycanın Hindistandakı səfiri vəzifəsindən geri çağırıldı - İtaliyada səfir təyin edildi
Azərbaycanın Tacikistandakı səfiri geri çağırıldı - Qazaxıstana səfir təyin edildi
14:08 28.07.2026
Azərbaycanın Tacikistandakı səfiri geri çağırıldı - Qazaxıstana səfir təyin edildi
Biri istifadə olunur, digəri milyonlar qazandırır - Ən populyar tətbiqlər bəlli oldu
14:02 28.07.2026
Biri istifadə olunur, digəri milyonlar qazandırır - Ən populyar tətbiqlər bəlli oldu
Azərbaycanda "Aviasiya haqqında" qanun dəyişdi
13:44 28.07.2026
Azərbaycanda "Aviasiya haqqında" qanun dəyişdi