Meksikanın Xalisko ştatının Zapopan şəhəri yaxınlığındakı tarlada kütləvi məzarlıq tapılıb.
AZXEBER.COM xarici mediaya istinadən xəbər verir ki, ərazidə torpaq çökməsi nəticəsində cəsədlər ortaya çıxıb.
25 nəfərin cansız cəsədinin torbalara qoyulduğu məzar itkin düşmüş qohumlarını axtarmaq üçün bir araya gələn bir qrup yerli sakin tərəfindən aşkarlanıb.
Sahədə daha çox cəsədin olduğunu təxmin etdiklərini bildirən rəsmilər ərazidə son cəsəd tapılana qədər qazıntıların davam edəcəyini vurğulayıblar.
Aydın