AZXEBER.COM-un verdiyi məlumata görə, leysan yağışları nəticəsində Şərqi Seulun Çunçeon əyalətində baş verən torpaq sürüşməsi 32 nəfərin ölümünə səbəb olub. Bundan başqa, həmin ərazidə 4 bina və 2 otel dağılıb. Paytaxt Seulda hələ də davam edən kəskin hava şəraiti xilasedicilərin işinə mane olur. Son 2 gündə yağan aramsız yağışlar şəhərin bir neçə məntəqəsində sel və sürüşmələrlə müşayiət olunub.