Torpaq sürüşməsi 58 nəfəri itkin saldı

Torpaq sürüşməsi 58 nəfəri itkin saldı
DÜNYA
10:43 19.09.2013
959

Meksikada torpaq sürüşməsi nəticəsində 58 nəfər itkin düşüb. Bunu ölkə prezidenti Enrike Penya Nyeto bəyan edib.

Meksikanın cənub-qərbindəki Herrero ştatında yerləşən yaşayış qəsəbəsinin yarısı palçıq kütləsinin altında qalıb.

Yerli televiziyanın canlı efirində çıxış edən prezident bildirib ki, xilasedicilər itkin düşmüş insanların axtarışlarına başlayacaq.//apa

OXŞAR XƏBƏRLƏR