Torpaq sürüşməsi Lənkəran-Lerik yolunu bağladı

Torpaq sürüşməsi Lənkəran-Lerik yolunu bağladı
SOSİAL
19:45 26.06.2024
132
Bu gün günorta saatlarından Lerik rayonunda hava şəraitinin dəyişməsi, yağan güclü leysan, dolu düşməsi dağlarda torpaq sürüşməsinə səbəb olub.

AZXEBER.COM qafqazinfo-ya istinadən xəbər verir ki, torpaq sürüşməsi əsasən Lerik-Lənkəran magistralının 37 km-də Lerik rayonunun Peştətük kəndi ərazisində baş verib.

52 saylı Lerik yol istismar MMC-nin ağır texnikaları və canlı qüvvəsinin səyləri ilə yolun qismən açıldığı bildirilir.

Yolun tam açılması istiqamətində işlər davam etdirilir.
OXŞAR XƏBƏRLƏR