"Qalatasaray"ın ulduz futbolçusu Lukas Torreira özəl həyatı ilə gündəmdə qalmağa davam edir.
AZXEBER.COM Türkiyə mətbuatına istinadən xəbər verir ki, daha əvvəl aktrisa Devrim Özkanla yaşadığı eşqlə gündəm olan Torreiranın adı bu dəfə sosial media fenomeni Duygu German ilə hallanıb.
Sosial mediada paylaşılna və "Qalatasaray”ın uruqvaylı futbolçusunun da yer aldığı paylaşım onun Duyqu Germanla sevgili olması ilə bağlı söz-söhbətləri alovlandırıb.
Lukas Torreira və Duyqu Germanın bir-birini izləməyə başlaması iddiaları daha da gücləndirib.
Lakin hələlik hər iki tərəfdən məsələ ilə bağlı rəsmi açıqlama verilməyib.
Aysel