Toğrul Nərimanbəyovun dəfni ilə bağlı məhkəmə təxirə salındı

SİYASƏT
01:03 13.06.2013
1616

Azərbaycanın xalq rəssamı Toğrul Nərimanbəyovun harada dəfn olunacağı iyunun 17-də baş tutacaq məhkəmə iclasından sonra bəlli olunacaq.

Bu barədə APA-ya Azərbaycanın Fransadakı səfirliyindən bildiriblər.

Bu günə təyin olunmuş məhkəmə iclası Toğrul Nərimanbəyovun həyat yoldaşı Sevil Nərimanbəyovanın vəkili prosesdə iştirak etmədiyi üçün təxirə salınıb: “Paris şəhərinin 15-ci rayonunun 1-ci instansiya məhkəməsində keçirilən iclasda yalnız mərhumun qızı və onun vəkili iştirak edib, qarşı tərəf isə gəlməyib. Buna görə də məhkəmə iyunun 17-nə təxirə salınıb. O vaxta qədər mərhumun cəsədi xəstəxananın morqunda saxlanılacaq”.

OXŞAR XƏBƏRLƏR