"Tottenhem" baş məşqçi ilə yollarını ayırdı

"Tottenhem" baş məşqçi ilə yollarını ayırdı
İDMAN
03:49 30.03.2026
200
Londonun "Tottenham Hotspur" klubu baş məşqçi İqor Tudor ilə müqaviləni qarşılıqlı razılıq əsasında ləğv edib.

AZXEBER.COM klubun rəsmi saytına istinadən xəbər verir ki, Tudor fevralın 14-dən komandaya rəhbərlik edirdi.

Bu müddətdə komanda İngiltərə çempionatında dörd dəfə məğlub olub, bir dəfə heç-heçə edib, Çempionlar Liqasında isə 1/8 final mərhələsində "Atletiko Madrid"ə uduzub.

Məşqçi ilə yanaşı, onun köməkçiləri də komandadan ayrılıblar. "Tottenham Hotspur" hələlik yeni baş məşqçinin adını açıqlamayıb. Komanda hazırda turnir cədvəlində 17-ci pillədə qərarlaşıb.

/Oxu.az
OXŞAR XƏBƏRLƏR