Tovuz döyüşləri: Polad Həşimovun şəhid olduğu postdan - VİDEOREPORTAJ

Tovuz döyüşləri: Polad Həşimovun şəhid olduğu postdan - VİDEOREPORTAJ
SOSİAL
10:23 12.07.2021
642
Ötən ilin bu günlərində Azərbaycan xalqının, o cümlədən beynəlxalq ictimaiyyətin diqqəti Azərbaycan-Ermənistan dövlət sərhədinin Tovuz rayonu istiqamətindən gələn informasiyalara yönəlmişdi.

Xəbərlər isə çox həyəcanverici idi. Çünki iyulun 12-dən etibarən düşmən sərhədin Tovuz rayonu ərazisində irimiqyaslı təxribatlara əl atmışdı.

Belə ki, həmin gün günorta saatlarından başlayaraq, Ermənistan silahlı qüvvələri Tovuzda dayanmadan dinc sakinləri, mülki vətəndaşları hədəf alıb. Düşmən Tovuzda yerləşən mövqelərimizi artilleriya qurğularından atəşə tutub.

Təxribatlar zamanı Azərbaycan Ordusunun bölmələri düşmənin qəfil hücumunun qarşısını qətiyyətlə alıb. Döyüşlər nəticəsində ermənilərin neçə-neçə dayaq məntəqəsi dağıdılıb, bir çox döyüş texnikası sıradan çıxarılıb, onlarla hərbçisi məhv edilib.

Tovuz hadisələri zamanı Azərbaycan əsgərinin döyüş hazırlığı, qələbə ruhu, vətənpərvərliyi düşmənin işğalçılıq niyyətinə qalib gəlib.

Bir sözlə, bu döyüşlər böyük qələbənin başlanğıcı oldu. Belə ki, düşmən təxribatlarına cavab olaraq həyata keçirilən uğurlu hərbi əməliyyatlar böyük qələbəyə gedən yolun əsasını qoydu - 44 günlük Vətən müharibəsinin...

AZXEBER.COM xəbər verir ki, "report”un əməkdaşı hadisələrin baş verdiyi ərazilərə - Tovuz rayonunun Ağdam kəndinə səfər edib, erməni təxribatlarının qarşısını alan postlarda olub, döyüşlər zamanı qəhrəmanlıq göstərmiş Azərbaycan Ordusunun hərbçiləri ilə görüşüb.
 

OXŞAR XƏBƏRLƏR