Tovuz döyüşlərindən 5 il ötür

Tovuz döyüşlərindən 5 il ötür
SOSİAL
01:10 12.07.2025
638
Bu gün Tovuz döyüşlərinin növbəti ildönümüdür.

AZXEBER.COM xəbər verir ki, Azərbaycan Ordusunun qələbəsi ilə yekunlaşan Tovuz döyüşlərindən 5 il ötür.

2020-ci il iyulun 12-də Ermənistan silahlı birləşmələrinin Azərbaycanın dövlət sərhədinin Tovuz rayonu istiqamətində törətdikləri təxribatların qarşısı qətiyyətlə alınıb.

Tovuz döyüşləri də Azərbaycanın hərb tarixinə zəfər döyüşü kimi daxil olub.

Ermənistanın 100-dən çox hərbçisi və onlarla hərbi obyekti məhv edilib.

Bu döyüşlər zamanı general-mayor Polad Həşimov, polkovnik İlqar Mirzəyev, mayor Namiq Əhmədov, mayor Anar Novruzov, baş leytenant Rəşad Mahmudov, gizir İlqar Zeynalov, gizir Yaşar Babayev, baş çavuş Vüqar Sadıqov, çavuş Elçin Mustafazadə, çavuş Nazim İsmayılov, baş əsgər Elşad Məmmədov və əsgər Xəyyam Daşdəmirov şəhidlik zirvəsinə ucalıblar.

Eyni zamanda, ermənilərin atdığı mərminin Tovuzun Ağdam kəndində evlərdən birinə düşməsi nəticəsində mülki şəxs, 76 yaşlı ev sahibi Əziz Əzizov da şəhid olub.

Bundan başqa ermənilərin artilleriya və minaatan zərbələri nəticəsində Tovuz rayonunun Ermənistanla sərhəd olan bir neçə kəndində evlərə, inzibati binalara, mülki obyektlərə, məktəblərə ciddi ziyan dəyib.

Prezident İlham Əliyevin 9 dekabr 2020-ci il tarixli Sərəncamı ilə Azərbaycan Respublikasının ərazi bütövlüyünün bərpa edilməsində xüsusi xidmətlərinə və döyüş tapşırıqlarını yerinə yetirərkən göstərdiyi igidliyə görə general-mayor Həşimov Polad İsrayıl oğluna və polkovnik Mirzəyev İlqar Anzor oğluna "Azərbaycanın Milli Qəhrəmanı” adı verilib.
OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Xankəndidə sürət yarışına çıxan sürücülər məsuliyyətə cəlb edildi
13:52 12.09.2025
Xankəndidə sürət yarışına çıxan sürücülər məsuliyyətə cəlb edildi
Verilişi bağlandı deyilən aparıcıdan AÇIQLAMA
13:33 12.09.2025
Verilişi bağlandı deyilən aparıcıdan AÇIQLAMA
İcra hakimiyyətində dava: Qayınana gəlinini və onun anasını döydü
13:20 12.09.2025
İcra hakimiyyətində dava: Qayınana gəlinini və onun anasını döydü
VİP Edu Mall-da psixoloji təhsildə yeni proqram təqdim olundu - FOTOLAR
13:18 12.09.2025
VİP Edu Mall-da psixoloji təhsildə yeni proqram təqdim olundu - FOTOLAR
Ermənistan XİN-də Türkiyə heyəti ilə danışıqlar başa çatıb
13:16 12.09.2025
Ermənistan XİN-də Türkiyə heyəti ilə danışıqlar başa çatıb
Laçında sərxoş halda söyüş söyən vəzifəlilər - Həbs olundu
12:48 12.09.2025
Laçında sərxoş halda söyüş söyən vəzifəlilər - Həbs olundu
“Qərbi azərbaycanlıların Ermənistana qayıdışı Paşinyan üçün öldürücü zərbə ola bilər” - Politoloq
12:47 12.09.2025
“Qərbi azərbaycanlıların Ermənistana qayıdışı Paşinyan üçün öldürücü zərbə ola bilər” - Politoloq
“Xarıbülbül” yay düşərgəsi yekunlaşdı - FOTOLAR
12:41 12.09.2025
“Xarıbülbül” yay düşərgəsi yekunlaşdı - FOTOLAR
Cerdan Şakiri: “Son 15 ilin ən zəif “İnter” heyətində idim”
12:38 12.09.2025
Cerdan Şakiri: “Son 15 ilin ən zəif “İnter” heyətində idim”
"Şagirdlərin əksəriyyətində oxuyub-anlama problemi var" - Emin Əmrullayev
12:36 12.09.2025
"Şagirdlərin əksəriyyətində oxuyub-anlama problemi var" - Emin Əmrullayev
"Bir qızın anası ilə on ildir danışmaması fəlakətdir" - Tolik
12:23 12.09.2025
"Bir qızın anası ilə on ildir danışmaması fəlakətdir" - Tolik
"Ən səriştəli müəllimlərimiz 21-ci əsrin tələblərinə uyğun sual yaza bilmir" - Nazir
12:05 12.09.2025
"Ən səriştəli müəllimlərimiz 21-ci əsrin tələblərinə uyğun sual yaza bilmir" - Nazir
Ayan: Daha önəmli işlərim olduğu üçün toya getməmişəm
11:51 12.09.2025
Ayan: Daha önəmli işlərim olduğu üçün toya getməmişəm
Polis paytaxtda vətəndaşların əmlakını talayan şəxsləri saxladı
11:50 12.09.2025
Polis paytaxtda vətəndaşların əmlakını talayan şəxsləri saxladı
Gənc əsgərlərlə görüşə məhdudiyyət qoyuldu - RƏSMİ
11:50 12.09.2025
Gənc əsgərlərlə görüşə məhdudiyyət qoyuldu - RƏSMİ
"Azərbaycan bölməsinin şagirdləri rus bölməsindən daha yaxşı nəticə göstərib"
11:40 12.09.2025
"Azərbaycan bölməsinin şagirdləri rus bölməsindən daha yaxşı nəticə göstərib"