Ağstafada bədbəxt hadisə baş verib.
AZXEBER.COM Lent.az-a istinadən xəbər verir ki, Tovuz rayon sakini 1997-ci il təvəllüdlü Tapdıq Bayramov yük maşınına ot yığan zaman hündürlükdən yıxılıb.
27 yaşlı oğlan dərhal Ağstafa rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.
Onun vəziyyəti ağır olduğundan Gəncə şəhərində yerləşən xəstəxanaların birinə aparılır.









































