Tovuz rayonunda piyadanın xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi olub.
Rayonun Aşağı Quşçu kənd sakini, 2009-cu il təvəllüdlü N.Hüseynovu avtomobil vurub. O, öncə Tovuz Rayon Mərkəzi Xəstəxanasına aparılıb. Daha sonra Qazax rayon Müalicə və Diaqnostika Mərkəzinə göndərilib. Yaralının vəziyyətinin orta-ağır olduğu bildirilir.
Faktla bağlı araşdırmalara başlanılıb.
///Report