Tovuzda 6 kəndi dolu vurdu

Tovuzda 6 kəndi dolu vurdu
SOSİAL
10:47 13.06.2017
921
Qeyri-sabit hava şəraiti Tovuz rayonunda təsərrüfata ziyan vurub.

Bu barədə Trend-ə Tovuz rayon İcra Hakimiyyətindən məlumat verilib.

Məlumatda bildirilir ki, iyunun 12-də gecə saatlarında rayonun 6 kəndinə dolu düşüb. Hadisə nəticəsində rayonun Əlimərdanlı, Şıx Heybət, Muncuqlu, Qoşa, Pələkli və Çatax kəndlərində kartof sahələrinə ziyan dəyib ki, bunun da məhsuldarlığa təsiri qaçılmazdır. Hazırda ərazidə sakinlərə dəymiş ziyan hesablanır.

İcra Hakimiyyətindən bildiriblər ki, hadisə nəticəsində rayon ərazisindəki evlərə, obyekt və yollara ziddi ziyan dəyməyib.

OXŞAR XƏBƏRLƏR