Tovuzda ana körpə qızını yaşlı qadının evində atıb

Tovuzda ana körpə qızını yaşlı qadının evində atıb
SOSİAL
12:02 15.03.2026
148
Tovuzda ana körpə qızını yaşlı qadının evində atıb gedib.

AZXEBER.COM APA-ya istinadən xəbər verir ki, orta yaşlı qadın Tovuz rayonda yaşlı qadının evinə gəlib, çöldə qaldığını bildirib.

Yaşlı qadın uşağı və anası evinə dəvət edib. Bundan sonra uşağın anası yemək almaq adı altında evi tərk edib, geri qayıtmayıb. Dərhal yaşlı qadın hüquq-mühafizə orqanlarına məlumat verib.

Hazırda körpə Tovuz rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.

Məlumata görə, sabah uşaq sığınacağa yerləşdiriləcək.

Polis tərəfindən araşdırma aparılır.
OXŞAR XƏBƏRLƏR