Tovuzda avtomobil aşdı: Vətən müharibəsi iştirakçısı həyatını itirdi

Tovuzda avtomobil aşdı: Vətən müharibəsi iştirakçısı həyatını itirdi
SOSİAL
23:56 13.06.2026
270
Tovuzda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

AZXEBER.COM "Teleqraf"a istinadən xəbər verir ki, hadisə Böyük Qışlaq-Qaralar avtomobil yolunda olub.

Belə ki, "Lada" markalı avtomobilin aşması nəticəsində 1994-cü il təvəllüdlü İsmət Nağıyev hadisə yerində vəfat edib. Onun Vətən müharibəsi iştirakçısı olduğu bildirilir.

Qəza yerinə yol polisi əməkdaşları cəlb olunublar.

Faktla bağlı araşdırma başlanılıb.
OXŞAR XƏBƏRLƏR