Tovuzda avtomobil maneəyə çırpılıb, bir nəfər xəsarət alıb

Tovuzda avtomobil maneəyə çırpılıb, bir nəfər xəsarət alıb
SOSİAL
19:50 14.04.2018
3751

Tovuzla sürücünün xəsarət alması ilə nəticələnən yol qəzası baş verib.

 

Hadisə Tovuz şəhərində qeydə alınıb. Rayon sakini, 1998-ci il təvəllüdlü Aslanov Teymur Telman oğlu idarə etdiyi avtomobillə hərəkət edərkən idarəetməni itirib və maşın maneəyə çarpılıb.

 

Qəza nəticəsində sürücü bədən xəsarətləri alaraq xəstəxanaya yerləşdirilib. Onun vəziyyətinin kafi olduğu bildirilir.

 

 

Faktla bağlı araşdırma aparılır.

 

///Apa.az

OXŞAR XƏBƏRLƏR