Tovuzda baş verən qətllə bağlı istintaq yekunlaşdırılıb

KRİMİNAL
19:25 27.08.2020
375

Aprelin 20-si 2020-ci il tarixdə Tovuz rayonu, Yanıqlı kənd sakini Cəlal Tağıyevə bıçaqla xəsarət yetirilməsi nəticəsində qəsdən öldürülməsinə cəhd edilməsi faktı üzrə Cinayət Məcəlləsinin 29, 120.2.3 (zərərçəkmiş şəxsin xidməti vəzifəsini və ya ictimai borcunu yerinə yetirməsi ilə əlaqədar onun özünü və ya yaxın qohumlarını öldürməyə cəhd), 29, 120.2.4-cü (xüsusi amansızlıqla və ya ümumi təhlükəli üsulla qəsdən adam öldürməyə cəhd) maddələri ilə Tovuz rayon prokurorluğunda cinayət işi başlanaraq istintaq aparılıb. 

Bununla bağlı Tovuz rayon prokurorluğu məlumat yayıb.

İstintaqla Cəlal Tağıyevin oğlu Seymur Tağıyev ilə həmkəndlisi Oqtay Abdiyev arasında baş vermiş münaqişənin qarşısını alarkən sonuncu tərəfindən bıçaqlanaraq qəsdən öldürülməsinə cəhd edilməsinə əsaslı şübhələr müəyyən edilib. 

Oqtay Abdiyev Cinayət Məcəlləsinin qeyd edilən maddələriylə təqsirləndilirən şəxs qismində cəlb edilərək barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib. Cinayət işi üzrə müvafiq ekspertizalar təyin edilib, hadisə yerinə baxış keçirilib, maddi sübutlar götürülüb, şahidlər dindirilib və digər zəruri prosessual hərəkətlər yerinə yetirilib.

Hazırda cinayət işi üzrə istintaq yekunlaşdırılaraq, baxılması üçün aidiyyəti üzrə Gəncə Ağır Cinayətlər Məhkəməsinə göndərilib.

 

OXŞAR XƏBƏRLƏR

X Mostbet