Tovuzda bir ailənin 4 üzvü qidadan zəhərlənib

Tovuzda bir ailənin 4 üzvü qidadan zəhərlənib
SOSİAL
17:40 16.11.2025
71
Tovuz rayonunda bir ailənin 4 üzvü qidadan zəhərlənib.

AZXEBER.COM xəbər verir ki, 1989-cu il təvəllüdlü V.Əhmədli, 1986-cı il təvəllüdlü R.Əhmədli, onların övladları 15 yaşlı D.Əhmədli və 12 yaşlı B.Əhmədliyə qida zəhərlənməsi diaqnozu ilə xəstəxanaya yerləşdiriliblər.

Zərərçəkənlərə tibbi yardım göstərilib, vəziyyətləri kafi qiymətləndirilir.

Onların pendirdən zəhərləndikləri güman edilir.

Faktla bağlı araşdırma aparılır.
OXŞAR XƏBƏRLƏR