Tovuzda yaşadığı evi yandıran ruhi əsəb xəstəsi Kainat Namazov hadisədən əvvəl bacısı və anasına balta ilə xəsarətlər yetirib.
AZXEBER.COM Oxu.Az-a istinadən xəbər verir ki, K.Namazov əvvəlcə anasını baltalayıb. Hadisədən xəbər tutan bacısı ona mane olmaq istəyərkən K.Namazov ona da xəsarətlər yetirib.
Hər iki şəxs xəstəxanaya yerləşdirilsə də, ruhi xəstənin anası, 1970-ci il təvəllüdlü Sevinc Namazova orada ölüb. 2000-ci il təvəllüdlü A.Namazova isə müxtəlif dərəcəli bədən xəsarətləri ilə xəstəxanaya yerləşdirilib.
Polis əməkdaşları hadisədə şübhəli bilinən K.Namazovu saxlayıblar.
Faktla bağlı cinayət işi açılıb, araşdırma aparılır.