Tovuzda kütləvi zəhərlənmə olub.
Bu gün saat 16:56 radələrində 21 nəfər (10-ü kişi, 11-ü qadın cinsli olmaqla) zəhərlənmə şübhəsilə Tovuz Rayon Mərkəzi Xəstəxanasının Təcili və təxirəsalınmaz tibbi yardım şöbəsinə hospitalizasiya edilib.
AZXEBET.COM report-a istinadən xəbər verir ki, onların hər birinə zəruri tibbi xidmətlər göstərilib və vəziyyətləri stabil qiymətləndirilib.
Hazırda onların müalicəsi tibb müəssisəsinin TTTY şöbələrdə davam etdirilir.
İlkin ehtimala görə, onlar dönərdən zəhərləniblər.
Faktla bağlı araşdırma aparılır.