Tovuzda döyüş bölgəsində olan Qənirə Paşayeva xəsarət aldı

Tovuzda döyüş bölgəsində olan Qənirə Paşayeva xəsarət aldı
SOSİAL
21:25 14.07.2020
43746
Tovuzun Dondar Quşçu kəndində olan Milli Məclisin deputatı Qənirə Paşayeva qolundan xəsarət alıb.

AZXEBER.COM-un verdiyi xəbərə görə, bu barədə Q.Paşayeva özü məlumat verib.

"Ermənilər dinc insanları atəşə tuturlar. Kəndəydik, atdılar, başımızın üstündən keçdi. Elə bildim, uşaqlara dəydi, arxaya çevriləndə qolum da altımda qaldı. Belə bir pis düşmənlə üz-üzəyik. Koxa Nəbi kəndində evimizi vurublar. Bizim igidlər oğlanlarımız düşməni vurmaq üçün canlarını fəda edirlər. Onların qarşısında baş əyirik” – Deputat bildirib.

Q.Paşayevanın qoluna sarğı qoyulub.
OXŞAR XƏBƏRLƏR