Tovuzda güclü leysan təsərrüfata ciddi ziyan vurdu: elektrik verilişi dayandırıldı

Tovuzda güclü leysan təsərrüfata ciddi ziyan vurdu: elektrik verilişi dayandırıldı
SOSİAL
10:12 10.06.2018
6995
Bu gün səhər saat 05.00 radələrindən başlayaraq 2 saat ərzində Tovuzda leysan xarakterli yağış yağıb.

AZXEBER.COM-un APA-ya istinadən məlumatına görə, nəticədə kənd təsərrüfatına sahələrinə, xüsusən taxıl sahələrinə ciddi ziyan dəyib.

Rayon mərkəzinə elektrik enerjisi verilişi dayanıb. Bəzi yaşayış yerləri və ticarət obyektlərinin zirzəmilərinə su dolub. Həmçinin rayon mərkəzində iki yeraltı keçidi su basıb, bir avtomobil  keçiddə qalıb.

Hazırda leysanın fəsadlarının aradan qaldırılması üçün tədbirlər görülür.

OXŞAR XƏBƏRLƏR