Tovuzda göz xəstəlikləri ilə bağlı böyük aksiya - Sakinlər pulsuz əməliyyat olundular

Tovuzda göz xəstəlikləri ilə bağlı böyük aksiya - Sakinlər pulsuz əməliyyat olundular
SAĞLAMLIQ
13:11 31.10.2016
3632
Tovuzda göz xəstəlikləri ilə bağlı böyük aksiya, sakinlər pulsuz əməliyyat olundular
 
Tovuz rayonunda göz xəstəlikliyindən əziyyət cəkənlər ücün akademik Zərifə Əliyeva adına Milli Oftalmologiya Mərkəzinin səyyar klinikası rayon sakinlərinə tibbi xidmət göstərib.
Milli Oftalmologiya Mərkəzinin səyyar klinikası Tovuz rayonundan millət vəkili Qənirə Paşayevanın təşəbbüsü ilə növbəti aksiyasını təşkil edib.Millət vəkili müayinəyə gələnlərlə görüşüb və onların problemləri ilə yaxından tanış olub və bir çox problemli müraciətləri yerindəcə həll edib. Səyyar klinikada xarici dövlətlərdə ixtisas almış yüksək səviyyəli həkim briqadası calışır.Səyyar klinikaya müraciət edən rayon əhalisinin gözləri diaqnostik müayinə olunub və müalicəlik olanlara müalicə təyin ediblər, əməliyyat gərəkli xəstələri isə əməliyyat edərək yola salıblar. Özəlliklə ön cəbhə bölgələrində yaşayan və göz xəstəliklərindən əziyyət çəkən sakinlərin bir çoxuna aksiya zamanı bütün dəstək göstərilib.
Qeyd edək ki, səyyar aksiyada göstərilən xidmətlərdən yaşlı nəslin nümayəndələri ilə yanaşı, gənclər də istifadə edib. 29-30 oktyabr tarixində kecirilən aksiyada 300-ə yaxın Tovuz sakininə baxış kecirilib və onlardan 20 nəfərinə əməliyyat olunub. Aksiyada iştirak edən millət vəkili Qənirə Paşayeva, Tovuz rayon İcra Hakimiyyətinin başçısı T.Zeynalov, onların xahiş və müraciətlərini dəstəkləyərəq Tovuza belə bir briqada göndərən Akademik Zərifə Əliyeva adına Milli Oftalmologiya Mərkəzinin rəhbərliyinə və Tovuza gələn səyyar həkim briqadasına özlərinin və sakinlər adından təşəkkürlərini bildiriblər.
Bu cür aksiyaların kənd rayonları üçün böyük əhəmiyyəti barədə danışan millət vəkili Qənirə Paşayeva kəndləri gəzərkən göz əməliyyatına ehtiyacı olan və maddi imkanları zəif olan ailələrlə çox qarşılaşdığını deyərək bu cür aksiyaların 10-larla ailənin sevincinə səbəb olduğunu deyib. Akademik Zərifə Əliyeva adına Milli Oftalmologiya Mərkəzinin elmi işçisi, həkim-oftolmoloq Y. Abdıyeva çıxış edərək aksiyanın əhəmiyyətindən danışıb. Millət vəkili Qənirə Paşayeva bir sıra xəstələrin müayinəsində iştirak edib və bütün xəstələrə şəfalar diləyib, onların qayğıları ilə maraqlanıb. Onu da qeyd edək ki, səyyar klinika müasir texnologiyaya əsaslanan tibbi avadanlıqlarla təchiz olunub və yüksək ixtisaslı həkim briqadası heç bir çətinlik çəkmədən bir çox əməliyyatları həyata kecirirlər.






OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Azərbaycanın Qırğız Respublikasındakı səfirliyində Xocalı soyqırımının xatirəsi yad edilib - FOTOLAR
11:32 26.02.2026
Azərbaycanın Qırğız Respublikasındakı səfirliyində Xocalı soyqırımının xatirəsi yad edilib - FOTOLAR
İlham Əliyev Xocalı Soyqırımı Memorialının açılışında
11:20 26.02.2026
İlham Əliyev Xocalı Soyqırımı Memorialının açılışında
Bu özəl klinikalara onkoloji xidmət üçün icazə veriləcək
11:11 26.02.2026
Bu özəl klinikalara onkoloji xidmət üçün icazə veriləcək
Azərbaycanda iş saatları azaldılır? - Həftənin müəyyən günlərində…
11:06 26.02.2026
Azərbaycanda iş saatları azaldılır? - Həftənin müəyyən günlərində…
BDU-nun tələbələrini şantaj edən kimdir? - VİDEO
11:04 26.02.2026
BDU-nun tələbələrini şantaj edən kimdir? - VİDEO
Alyona Əliyeva paylaşım etdi
10:58 26.02.2026
Alyona Əliyeva paylaşım etdi
TƏBİB Səhiyyə Nazirliyinə birləşdirilə bilər?
10:46 26.02.2026
TƏBİB Səhiyyə Nazirliyinə birləşdirilə bilər?
"Xocalını unutmaq, şəhidlərin ruhuna xəyanət olar"
10:23 26.02.2026
"Xocalını unutmaq, şəhidlərin ruhuna xəyanət olar"
XİN rəhbəri: Meksikada baş vermiş son hadisələrlə bağlı səfirliklə əlaqədəyik
10:13 26.02.2026
XİN rəhbəri: Meksikada baş vermiş son hadisələrlə bağlı səfirliklə əlaqədəyik
Türkiyə səfiri Xocalı soyqırımının ildönümü ilə bağlı paylaşım edib
09:59 26.02.2026
Türkiyə səfiri Xocalı soyqırımının ildönümü ilə bağlı paylaşım edib
“Prezidentin qrafikində may ayında belə səfər nəzərdə tutulmayıb”
09:57 26.02.2026
“Prezidentin qrafikində may ayında belə səfər nəzərdə tutulmayıb”
Ermənistan Bakıdakı tədbirə dəvət olunub? - Nazirdən açıqlama
09:54 26.02.2026
Ermənistan Bakıdakı tədbirə dəvət olunub? - Nazirdən açıqlama
XİN başçısı: AZAL təyyarəsinin vurulması məsələsində Azərbaycanın mövqeyi qətidir
09:51 26.02.2026
XİN başçısı: AZAL təyyarəsinin vurulması məsələsində Azərbaycanın mövqeyi qətidir
Ceyhun Bayramov: Bu günün reallığı Qarabağa həyatın qayıtmasıdır
09:49 26.02.2026
Ceyhun Bayramov: Bu günün reallığı Qarabağa həyatın qayıtmasıdır
BMT-nin Azərbaycandakı missiyası Xocalı soyqırımının ildönümü ilə bağlı bəyanat yayıb
09:39 26.02.2026
BMT-nin Azərbaycandakı missiyası Xocalı soyqırımının ildönümü ilə bağlı bəyanat yayıb
İtaliya səfirindən Xocalı soyqırımı ilə bağlı paylaşım
09:36 26.02.2026
İtaliya səfirindən Xocalı soyqırımı ilə bağlı paylaşım