Tovuzda iki mərtəbəli ev yanıb - FOTO

Tovuzda iki mərtəbəli ev yanıb - FOTO
SOSİAL
20:42 25.03.2026
222
Tovuz rayonunda iki mərtəbəli fərdi yaşayış evində yanğın baş verib.

AZXEBER.COM APA-ya istinadən xəbər verir ki, rayon sakininə məxsus 5 otaqlı, ümumi sahəsi 200 kvadratmetr olan evdə qəfil yanğın başlayıb.

Hadisə yerinə FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin Tovuz rayon Yanğından Mühafizə Hissəsinin qüvvə və texnikası cəlb olunub.

Alov qısa müddətdə söndürülüb. Yanğın nəticəsində evin bütün sahəsi yanıb.

Hadisə zamanı xəsarət alan olmayıb. Faktla bağlı araşdırma aparılır.

 

 

 


OXŞAR XƏBƏRLƏR