Tovuzda itkin düşən qızın sevdiyi oğlan danışdı - VİDEO

Tovuzda itkin düşən qızın sevdiyi oğlan danışdı - VİDEO
SOSİAL
22:38 22.05.2023
643
Tovuzda itkin düşən 13 yaşlı qızın sevdiyi oğlan danışıb.

AZXEBER COM xəbər verir ki, mayın 18-də Tovuzda itkin düşən 13 yaşlı Əfsanə Mətləb qızı Tağıyeva bu gün tapılıb. O evdən evlənmək məqsədilə qaçdığını bildirib.

Onu qaçıran Azad Ağayev Əfsanə ilə TikTok-da tanış olduğunu bildirib:

"Əfsanə ilə TikTok-da tanış olmuşam.O, mənim şəklimi görüb bəyənmişdi. Sonradan aramızda sevgi münasibəti yarandı. Mənə neçə dəfə elçi göndərməyimi demişdi. Lakin mən onun azyaşlı olduğunu bildiyim üçün bununla razılaşmamışdım.Onun təhsil almalı olduğunu, bunun cinayət olduğunu bilirdim".

Əfsanənin evdən qaçmağından xəbərsiz olduğunu deyən Azad Ağayev dəfələrlə onu özünə qəsd etməkdən qurtardığını bildirib:
 
"Əfsanənin qaçmağından xəbərim olmayıb. Həmin gün mənə yazdı və danışmalı olduğumuzu bildirdi. Daha sonra zəng etdi, yanımda başqaları olduğu üçün zəngə cavab verə bilmədim. Həmin gün Cəlilabad polis şöbəsindən zəng etdilər. Şöbəyə gedərək hər şeyi olduğu kimi danışdım və izahatımda da qeyd etdim. Əfsanəni neçə dəfə özünə qəsd etməkdən qurtardığımı,bu fikrindən daşındırdığımı da qeyd etdim".


OXŞAR XƏBƏRLƏR