Tovuzda kişi qatarın altında qaldı

Tovuzda kişi qatarın altında qaldı
SOSİAL
12:01 05.11.2018
1581
Tovuz rayonunda qatarın altında qalaraq ölən şəxsin adı məlum olub.

AZXEBER.COM report-a istinadən xəbər verir ki, rayon sakini, 1981-ci il təvəllüdlü Nemət Rüfət oğlu Həsənov qatarın altında qalaraq ölüb. İlkin məlumatlara görə, hadisə ehtiyatsızlıqdan baş verib.

Araşdırmalar davam etdirilir.

----------
10:23

Tovuz rayonunda orta yaşlı kişini qatar vuraraq öldürüb.

AZXEBER.COM report-a istinadən xəbər verir ki, hadisə dəmiryol xəttinin Dondar Quşçu kəndi ərazisindən keçən hissəsində baş verib.

Belə ki, hələlik şəxsiyyəti məlum olmayan orta yaşlı kişi hərəkətdə olan qatarın altında qalaraq ölüb.

Hadisə yerinə hüquq-mühafizə orqanlarının əməkdaşları cəlb olunub. Meyit muayinə olunması üçün Səhiyyə Nazirliyinin Məhkəmə Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin Tovuz rayon şöbəsinə yerləşdirilib.

Faktla bağlı araşdırmalara başlanılıb. 
OXŞAR XƏBƏRLƏR