Tovuzda orta məktəb yandı

Tovuzda orta məktəb yandı
SOSİAL
22:01 08.12.2017
855
Tovuzda yanğın hadisəsi qeydə alınıb.
 
FHN-dən verilən xəbərə görə Tovuz rayonu, Aşağı Quşçu kəndində ümumi sahəsi 693 m² olan ikimərtəbəli məktəb binasının çardağının yanar konstruksiyaları 80 m², 6 sinif otağının tavanı 120 m² sahədə və qapıları yanıb.
 
Yüksək temperaturdan digər otaqların tavanı 50 m² sahədə qarsalanıb. Məktəb binasının qalan hissəsi yanğından mühafizə olunub. Yanğın zamanı xəsarət alan olmayıb. Yanğın yanğın bölmələri tərəfindən söndürülüb.
OXŞAR XƏBƏRLƏR