Tovuzda qadının evdə 3 gündür tək qoyduğu uşağı qonşular aşkarlayıb

Tovuzda qadının evdə 3 gündür tək qoyduğu uşağı qonşular aşkarlayıb
HADİSƏ
21:28 20.03.2025
296
Tovuz rayonunun Yuxarı Öysüzlü kəndində kirayə verilmiş mənzildə tək qalan azyaşlı oğlan uşağı aşkarlanıb.

AZXEBER.COM Report-a istinadən xəbər verir ki, evi kirayə götürən qadın uşağını 3 gün öncə evdə qoyaraq başqa yerə gedib.

Azyaşlı qonşuların müraciəti əsasında aşkarlanaraq xəstəxanaya yerləşdirilib. Ona lazımı tibbi yardım göstərilir. Faktla bağlı araşdırma aparılır.

OXŞAR XƏBƏRLƏR