Tovuzda qaz sobası partladı, bir nəfər yanaraq xəstəxanalıq oldu

KRİMİNAL
18:55 26.04.2020
1166
Tovuzda evdə partlayış baş verib.

APA-nın yerli bürosunun məlumatına görə, hadisə rayonun Aşağı Quşçu kəndində qeydə alınıb.

Yaşayış evində kustar üsulla hazırlanmış qaz sobasında partlayış olub. Nəticədə 1964-cü il təvəllüdlü Süleymanova Nəzakət Məhərrəm qızı yanıq xəsarəti alaraq xəstəxanaya yerləşdirilib.

Onun vəziyyətin kafi olduğu bildirilir.

Hadisənin baş vermə səbəbi araşdırılır.

OXŞAR XƏBƏRLƏR