Tovuzda qəzada yaralanan şəxsin olduğu təcili tibbi yardım avtomobili qəzaya uğrayıb

Tovuzda qəzada yaralanan şəxsin olduğu təcili tibbi yardım avtomobili qəzaya uğrayıb
SOSİAL
21:44 20.03.2018
3061
Qəzalarda xəsarət alan 3 nəfər xəstəxanaya yerləşdirilib

Tovuzda sərnişin avtobusunun minik avtomobili və təcili yardım avtomobilinin "VA3 2106" markalı minik avtomobili ilə toqquşması nəticəsində 3 nəfər xəsarət alıb.

 

Baş verən qəzalarda rayonun Düz Cırdaxan kəndinin sakinləri - 1954-cü il təvəllüdlü Məmmədov Aqşin Nurəddin oğlu və 1980-ci il təvəllüdlü Qəribov Seymur Sadəddin oğlu, o cümlədən 1961-ci il təvəllüdlü Abulbəyli kənd  sakini  Nağıyev Qüdrət Həsən oğlu xəsarət alıblar.

 

Hər 3 yaralı Tovuz rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.

 

Qəzada yüngül xəsarət alan təcili tibbi yardım avtomobilinin sürücüsünə də ilkin tibbi yardım göstərilib.

  

Hadisə yerinə gedən təcili tibbi yardım avtomobili isə qəzada xəsarət alan şəxsi xəstəxanaya aparan zaman Tovuz şəhərinin girəcəyində "VAZ 2106" markalı avtomobillə toqquşub.

 

Qəza zamanı təcili tibbi yardım avtomobilinin sürücüsü xəsarət alıb.

 

Faktla bağlı hüquq-mühafizə orqanları araşdırma aparır.

 

///Apa.aza

 

 

 

 


OXŞAR XƏBƏRLƏR