Tovuzda saxlanılan erməni bu gün ölkəsinə qaytarılacaq

Tovuzda saxlanılan erməni bu gün ölkəsinə qaytarılacaq
SİYASƏT
13:36 04.03.2014
1174
Mamika Xocayan yanvarın 28-də saxlanılmışdı.
Yanvarın 28-də qoşunların təmas xəttini keçərkən saxlanılan Ermənistan vətəndaşı Xocayan Mamika Tiqranoviçin bu gün ölkəsinə təhvil verilməsi nəzərdə tutulur.
AZXEBER.COM xəbər verir ki, bunu APA-ya açıqlamasında Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasının katibi Şahin Sayılov deyib.
O bildirib ki, Beynəlxalq Qızıl Xaç Komitəsinin (BQXK) köməkliyi ilə həmin şəxsin bu gün Ermənistan tərəfinə verilməsi gözlənilir.
Qeyd edək ki, yanvarın 28-də saat 16 radələrində təxminin 65 yaşında olan mülki şəxs Xocayan Mamika Tiqranoviç Tovuzun Əlibəyli kəndində çayı keçərkən sakinlər tərəfindən saxlanılaraq hərbçilərə təhvil verilib.
OXŞAR XƏBƏRLƏR